


Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Məkufə Quliyevanın Ekologiya mühəndisliyi ixtisasının III kursunda “Torpağın rütubətinin çəki üsulu ilə təyini” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs “İqlim dəyişmələri və qlobal istiləşmə” fənni üzrə laboratoriya məşğələsi idi. Açıq dərsdə kafedranın müəllimləri də iştirak etdilər. Müəllimə dərsdə aktivlik yartmağı bacardı. Tələbələr laboratoriya məşğələsini əyani vəsaitlərdən istifadə etməklə təqdim etdilər. Bu dərsin keyfiyyətinin daha da yüksəlməsinə əsas verir. Müəllimə yeni mövzunun slayd əsasında izahını verdi.
