



17 aprel tarixində GDU Ekoklubun könüllüsü, Milli Aviasiya Akademiyasının tələbəsi Hüseyn Qüdrətov universitetimizdə qonaq olub. Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof Sevda Əhmədovanın dəstəyi və təşkilatçılığı, Klub sədri Mirfəqan Hacıyevin təşəbbüsü ilə baş tutan görüşdə Hüseynin fəaliyyəti prorektor İsfəndiyar Alverdiyev tərəfindən yüksək qiymətləndirilib və o, Fəxri fərmanla təltif edilib. Universitet yataqxanasında yüksək səviyyədə qonaq edilən Hüseyn, burada olduğu müddətdə dərslərdə və daxili tədbirlərdə yaxından iştirak edib. Sədr Mirfəqan Hacıyev şənbə və bazar günlərini qonağa həsr edərək ona Gəncənin tarixi irsini və görməli yerlərini tanıdıb. Səfərin təşkilatçılığından və göstərilən diqqətdən çox razı qalan Hüseyn Qüdrətov GDU-dan zəngin təəssüratlarla ayrılıb və magistr təhsilini GDU-da almaq arzusundadır.
