Gəncə şəhər Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin şagirdləri “Kimya ayı” münasibətilə fakültəmizdə oldular

Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin direktoru (Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin 2016-cı il məzunu) Cabbarova Zəhra Tofiq qızı məktəbin bir qrup şagirdləri ilə Kimya kafedrasında olmuşlar. Şagirdlər kafedranın maddi-texniki bazası, fakültədə mövcud ixtisaslar, müxtəlif kimya laboratoriyaları və maraqlı təcrübələri müşahidə etmiş, alınmış nəticələrə dair suallar vermişlər.