


2026-2027-ci tədris ilinə hazırlıqla əlaqədar fakültədə ixtisaslar və kurslar üzrə “Ali məktəb tərəfindən müəyyən edilmiş” fənlərin seçimi aparıldı. Fənlərin seçiminin gedişində Keyfiyyətin Təminatı Mərkəzinin nümayəndələri, Əmək bazarının nümayəndəsi Ələkbərov Fədai, kafedra müdirləri, fənn müəllimləri, Humanitar məsələlər üzrə dekan müavini dosent Aslanova Yeganə, tyutorlar (Əbilova Günəş, Sariyeva Günel, Ələkbərova Lalə, Məmmədova Elvina) və s. iştirak etmişlər. Hər bir kursda bloklar üzrə fənlərin seçimində tələbələrə sərbəst seçim imkanı verildi. Onlar öz imzaları ilə bülletenləri təsdiq etdilər.
