“Kimya ayı” davam edir

Göygöl rayon Quşqara kənd tam orta məktəbin və Goranboy rayon Dəliməmmədli kənd tam orta məktəbin şagirdləri Kimya ayı çərçivəsində fakültədə ekskursiya keçdilər. Şagirdlərə rəhbərliyi Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin məzunları (Valehova Şahnaz, Həmidova Fərzanə, Kərimova Nəzrin) edirdilər. Ekskursiya zamanı şagirdlər laboratoriya otaqlarında kafedra əməkdaşları tərəfindən onlara təqdim edilən maraqlı təcrübələri müşahidə edərək, kimya elmi, onun müasir həyatın ayrılmaz hissəsi olması haqqında yüksək təəssüratla ayrıldılar.