elmi şura

30 aprel 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə edildi: 1.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə hazırlıq işlərinin aparılması. 2.Fakültədə keçirilən dərslərin tədrisinə dair aparılan nəzarət işləri və toplanan məlumatların təhlili. 3. 2026-2027-ci tədris ili üçün seçimi aparılmış fənlərin (seçmə fənlərin) müzakirə və təsdiqi. 4. Yaz semestri üçün planlaşdırılmış dərs saatlarının icra vəziyyəti. 5. İxtisas kafedralarında buraxılış işi və magistr dissertasiyalarının icrası, dövlət imtahanlarına aparılan hazırlıq işlərinin yekunlaşdırılması. 6. Buraxılış kurs tələbələrinə tədris planlarında VIII-X semestrə planlaşdırılmış təcrübələrin icra vəziyyəti. 7. Biologiya (ikili diplom layihəsi üzrə) III kurs tələbələrinin yekun attestasiyaya hazırlıqla əlaqədar buraxılış işi yazmaq üçün dekanlığa verdikləri ərizələrin müzakirəsi.