

Kimya kafedrasının baş müəllimi Vüqarə Əliyevanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Kimyəvi tarazlığa təsir edən amillərə aid təcrübələr” mövzusunda açıq dərs keçirildi. Dərsdə Kimya kafedrasının müdiri dos. A.Məmmədova, dos.M.Rzayeva, b/m. A.Zeynalova, b/m. L.Namazova iştirak etdilər. Tələbələr dərsdə laboratoriya məşğələsini əyani vasitələrdən istifadə etməklə kimyəvi reaksiyanın sürətinə konsentrasiyanın, katalizatorun, temperaturun necə təsir göstərməsinə aid təcrübələr aparıldı. Dərs nəzəriyyə ilə də əlaqələndirilərək interaktiv təlim metodları ilə təşkil olundu.
