



“Ümumdünya Köçəri Quşlar Günü” münasibətilə Ekologiya və təbiəti mühafizə kafedrası və Ekoklub KTT tərəfindən maarifləndirici tədbir keçirildi. Tədbirdə köçəri quşların təbiətdəki rolu, onların qorunmasının vacibliyi və ekoloji tarazlığın saxlanılmasında əhəmiyyəti barədə məlumat verildi. Çıxış edən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova, Ekoklub KTT-nin sədri Mirfəqan Hacıyev, sədr müavinləri Hacıyeva Solmaz və Nəcəfova Əminə köçəri quşların mühafizəsinin aktuallığını vurğuladılar və ekoloji maarifləndirmənin əhəmiyyətini qeyd etdilər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və təbiətin qorunmasına dair çağırışlarla yekunlaşdı.
