“Meşələr. Meşələrin istifadəsi və qorunması” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Sevda Cəfərovanın Ekologiya ixtisasının III kursunda Ekologiyanın əsasları və təbiətdən səmərəli istifadə fənnindən “Meşələr. Meşələrin istifadəsi və qorunması” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllim heyəti iştirak etmişlər. Dərs müasir təlim metodları əsasında tədris olundu. Dərs zamanı meşələr haqqında tələbələrə yeniliklərlə zəngin məlumatlar aşılanmışdır.