“23 may Ekoloqların Peşə Bayramı” münasibətilə tədbir keçirildi

Ekoloqların Peşə Bayramına həsr olunmuş tədbir keçirilib. Ekoklub Könüllü Tələbə Təşkilatının təşkilatçılığı ilə “23 may Ekoloqların Peşə Bayramı” münasibətilə möhtəşəm tədbir baş tutub. Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, kafedranın əməkdaşları və müəllim koordinatorları Natiqə İsmayılzadə və Vüsal Musayev, həmçinin GDU Ekoklub KTT-nin sədri Mirfəqan Hacıyev və idarə heyətinin üzvləri iştirak ediblər. Universitetlərarası ekoloji əməkdaşlığın göstəricisi olaraq, Azərbaycan Dövlət Aqrar Universiteti “Ecoforce” klubunun sədri Seymur Məstalıyev və 7 nəfər ADAU tələbəsi, eləcə də Azərbaycan Texnologiya Universiteti Ekoklub sədr müavini Sənan Əzizli qonaqlar arasında yer alıblar. Ekologiya sahəsinin aktual məsələləri ətrafında maraqlı və geniş müzakirələrin aparıldığı tədbirin sonunda, GDU Ekoklub KTT tərəfindən ekoloji fəallığı ilə seçilən bütün iştirakçılar xüsusi Təltifnamələrlə mükafatlandırılıblar.