


Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin dayanıqlığının qiymətləndirilməsində süni intelektin rolu” problemi üzrə elmi-tədqiqatların aparılması məqsədilə 19.05.2026-cı il tarixdə kafedranın professor-müəllim, doktorant və magistrlərin (20 nəfər) Şəmkir-Gədəbəy rayonları marşurutu üzrə elmi ekspedisiyada olmuşlar. Ekspedisiyada Şəmkir-Gədəbəydə bir neçə marşurutda çəmən, bozqır,dağ-kseofit, meşə, su-bataqlıq ekosistemlərində iqlim dəyişkənliyi ilə əlaqədar bioloji müxtəlifliyinin dayanıqlığının qiymətləndirilməsi istiqamətində müşahidələr aparılmışdır. Gədəbəy rayonu ərazisindən “Qırmızı kitablara” daxil edilən növlərin populyasiyalarının vəziyyəti tədqiqi edilmişdir. Tədris üçün herbari nümunələri toplanmışdır. Ekspedisiyanın keçirilməsinə şərait yaratdığına görə hörmətli rektorumuz prof. Yusif Yusibova və fakültə dekanı prof. İsfəndiyar Alverdiyevə təşəkkürümüzü bildiririk.
