elmi şura

20 may 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda göstərilən məsələlər müzakirə olundu. 1. Rektorluğun yaz imtahan sesiyasının mütəşəkkil keçirilməsinə 06.04.2026-cı il tarixli 5/185 saylı əmrinin tələblərinə əsasən fakültə dekanlığı və ixtisas kafedralarında aparılan hazırlıq tədbirləri. 2. Qüvvədə olan tədris planları əsasında ixtisaslar və kurslar üzrə 2026-2027-ci dərs ilinə aid tədris tapşırıqlarının hazırlanmasında  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli (KQ-12 saylı) qərarının tələblərinin gözlənilməsi. 3. Tələbə elmi cəmiyyətinin xətti ilə görülən işlər. 4. Yaz semestrinə planlaşdırılmış dərs saatlarının tədrisinin yekunlaşdırılma vəziyyəti. 5. Buraxılış işləri və magistr dissertasiyalarının yekunlaşdırılması, müdafiəyə təqdim edilməsi. 6. Fakültənin 2026-2027-ci tədris ili üçün ixtisaslar və kurslar üzrə tərtib olunmuş işçi tədris planları, tədris qrafikinin müzakirə və təsdiqi