
Qurban bayramı-İslam aləmində qeyd edilən ən müqəddəs bayramlardan biridir. Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, humanizmə dəvət edən bayramdır. Bu əziz gündə dünya müsəlmanları xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirirlər. Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu bayram günlərində ölkəmizin hər yerində Allah yolunda qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün dualar edilir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
