2025/2026-cı tədris ilinə aid yaz imtahan sessiyası başladı

Gəncə Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək. Bütün imtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahanların gedişi izlənilir. Yazılı formada olan imtahanlar bakalavriat səviyyəsi üzrə 5 iyun tarixinə qədər davam edəcək. Qeyd edək ki, universitetdə ikili diplom proqramı üzrə  Biologiya ixtisası üzrə, həmçinin tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr şifahi formada imtahan verəcəklər. Test formasında olan imtahanlar 8 iyun-22 iyul 2026-cı il tarixlərdə keçiriləcək. Şəffaflığın təmin edilməsi məqsədilə Universitet üzrə İmtahan Qərargahı, İmtahan Mərkəzi, Apellyasiya Komissiyası və İctimai Nəzarət Şurası yaradılıb. Universitetdaxili akademik qaydaların tələblərinə uyğun, şəffaf, obyektiv və mütəşəkkil şəkildə keçirilməsi məqsədilə zəruri təşkilati, metodiki, texniki və nəzarət tədbirləri əvvəlcədən həyata keçirilib.