elmi şura

12 iyun 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası oldu. İclasda göstərilən məsələlər müzakirə olundu. 1. Fakültənin dekanlığından 2026/2027-ci tədris ili üçün qüvvədə olan tədris planları əsasında II, III, IV və V kurslar üçün ixtisas və digər kafedralara aid hazırlanmış tədris tapşırıqlarının müzakirəsi. 2. Yaz imtahan sessiyasının gedişinə dair müzakirənin aparılması. 3. İxtisas kafedralarının yeni dərs ilinə hazırlıqla əlaqədar həyata keçirdiyi tədbirlər (2026-2027). Təlim nəticələrinin yenilənməsi. Sillabusların tərtibində proqram tələblərinin gözlənilməsi. 4. Buraxılış işi və magistr dissertasiyalarının müdafiəyə təqdim etmək üçün yekunlaşdırılma vəziyyəti. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2024-cü il tarixli 276 nömrəli sərəncamında verilmiş proqnoza uyğun olaraq fakültədə bakalavriat və magistratura səviyyələrinin əyani təhsil formasında ixtisaslar üzrə 2027-2028-ci tədris ili üçün tələbə qəbul plan yerlərinə sifarişlərin müəyyənləşdirilməsi. 6. Prof.V.Novruzov, prof.A.Bayramova, dos.R.Quliyevanın magistratura təhsil səviyyəsi üçün “Akademik yazı və etika”, “Tədqiqat metodları” adlı proqramların müzakirəsi, nəşr üçün vəsatətin qaldırılması