“Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf” adlı Beynəlxalq Elmi Konfrans keçirildi

 10–11 iyun 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu tərəfindən təşkil edilmiş, görkəmli alim, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılovun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş  ”Xəzər hövzəsi: ekocoğrafi problemlər və davamlı inkişaf“ adlı Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda Gənə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru İsgəndərova Tünzalə Həsən qızı  ”Transsərhəd  ekoloji problemlərin  səbəbləri və  beynəlxalq əməkdaşlıq“ mövzusunda  elmi məruzə ilə çıxış etmişdir. Konfransın məqsədi qlobal iqlim dəyişiklikləri fonunda Xəzər hövzəsində baş verən ekoloji və coğrafi proseslərin elmi əsaslarla təhlili, mövcud ekocoğrafi problemlərin araşdırılması və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir. Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, təbii resursların səmərəli idarə olunması və regionda ekoloji təhlükəsizlik məsələləri üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Məlum olduğu kimi, Xəzər hövzəsi ekoloji, iqtisadi və sosial baxımdan strateji əhəmiyyətə malik regionlardan biri olmaqla, son illərdə iqlim dəyişiklikləri, sənaye və enerji fəaliyyətinin genişlənməsi, dəniz səviyyəsinin dəyişməsi və biomüxtəlifliyin azalması kimi amillərin təsiri altında mühüm dəyişikliklərə məruz qalır. Bu baxımdan konfrans yerli və xarici alimlər arasında elmi əməkdaşlığın gücləndirilməsi və aktual problemlərin birgə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayacaqdır.