Türkiyənin Sakarya universitetində Beynəlxalq konfrans keçirildi

24-28 iyun 2026-cı il tarixində Türkiyənin Sakarya Universitetində Beynəlxalq konrans keçirildi. Konfransda 30-a yaxın ölkədən nümayəndə, həmçinin GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova və kafedranın dosenti Zabitə Ələkbərova iştirak etmişlər. Konfransda Sevda Əhmədova “Hidroecolo gical assesment of the Basitcay ruver in a post-conflict  enviroment “ mövzusu ilə çıxış etmiş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Konfransın sonunda həmçinin bədii hissə təşkil olunmuş və Azərbaycan musiqiləri səslənmişdir. Daha sonra Sakaryanın gözəl təbiətinin mənzərəli yerlərinə ekskursiya təşkil olunmuşdur.