elmi şura

14 iyul 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası oldu. İclasda aşağıdakı məsələlər müzakirə olundu. 1. Yaz imtahan sessiyasının yekunları barədə dekanlığın məlumatı. 2. Fakültə elmi şurasının 2026-2027-ci tədris ilinin birinci yarısı üçün və ixtisas kafedralarının iş planlarının müzakirə və təsdiqi. 3. Dekanlığın, fakültə metodiki qrupun, tədris və tərbiyə işləri üzrə dekan müavinlərinin, tələbə təşkilatlarının 2026-2027-ci tədris ili üçün iş planlarının müzakirə və təsdiqi. 4. Fakültənin və ixtisas kafedralarının, metodik qrupun 2025-2026-cı tədris ilində icra etdiyi işlərin illik hesabatlarının müzakirə və təsdiqi. 5. Fakültədə fəaliyyətdə olan ixtisasların təhsil proqramları üzrə özünüqiymətləndirmə hesabatlarının müzakirə və təsdiqi. 6. Fakültənin birinci kurslarının tədris tapşırıqlarının hazırlanması üçün 2026-2027-ci tədris ili üçün tədbirlərin görülməsi (təhsil proqramlarının alınması, tədris planlarının tərkibi üçün işçi qrupunun yaradılması. Tədris yüklərinin vaxtında kafedralara çatdırılması). 7. Tələbələrin (II, III, IV və V kurs) fərdi tədris planlarının 15 iyul 2026-cı il tarixə kimi (2026-2027-ci tədris ili üçün) hazırlanıb dekanlığa təqdim olunma vəziyyəti. 8. Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisası üzrə III, IV və V kurs tələbələrinə 2026-2027-ci tədris ilində dərs deyəcək müəllimlərin əməyinin stimullaşdırılması və əmək haqqının ödənilməsinin müəyyən olunması. 9. Yaz semestri imtahanlarının nəticələrinə görə tələbələrə təqaüdlərin verilməsi