15 sentyabr-Bilik günüdür

 15 sentyabr tarixi Azərbaycanda Bilik günu kimi qeyd olunur. Bu gün yeni tədris ilinin başlanğıcıdır. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub.

          Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilində sizə uğurlar arzulayırıq! 

          Bilik gününüz mübarək!