“Hüceyrə şirəsinin qatılığı və potensial osmotik təzyiqin refraktometrik üsul ilə təyin edilməsi” mövzusunda açıq dərs keçirildi

Botanika kafedrasının baş müəllimi Elnarə Hüseynovanın Biologiya ixtisasının (ikili diplom layihəsi) IV kursunda “Bitki fiziologiyası” fənnindən “Hüceyrə şirəsinin qatılığı və potensial osmotik təzyiqin refraktometrik üsul ilə təyin edilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə kafedra müdiri  prof. Vaqif Novruzov, fəxri prof. Mirzə Həsənov, dos. Zilxumar İsmayılova, prof. Aynur Bayramova və digər əməkdaşlar iştirak etdilər. Laborator məşğələsinə kifayət qədər hazırlıq işi aparılmışdı. Bitki nümunələri, refraktometr, slayda dair tələbələr kifayət qədər məlumatlı idilər. Laborator işinə başlamazdan əvvəl 2 nəfər tələbənin işin təşkili, icrası haqqında məlumatı dinlənildi. Hər kəsin sərbəst işləməsi üçün şərait yaradılmışdı. Hiqrofit, mezofit və kserofit bitki yarpaqları üzərində işləyən tələbə adı çəkilən bitki nümunələrini hazırladı. Hər bir bitkiyə aid nümunəyə refraktometr ilə hüceyrə şirəsinin qatılığı müəyyən edildi. Bir sözlə tələbələr laborator işi üzrə sərbəst işləmə vərdişini inkişaf etdirdi. Müəllim laborator işinin gedişi və yekunlaşdırılmasının müzakirəsini apardı. Fəlsəfə doktoru Elnarə Hüseynovanın dərsi yekun müzakirədə yüksək səviyyədə qiymətləndirildi. O, kafedranın təcrübəli müəllimlərindəndir.