

Anatomiya, fiziologiya və zoologiya kafedrasının biologiya elmləri doktoru Tükəzban Rüstəmovanın Kimya və biologiya müəllimliyi ixtisasının IV kurs tələbələrinə “Sinir sisteminin inkişafı, funksiyası və xassəsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə sinir sisteminin embrional inkişaf mərhələləri, mərkəzi və periferik sinir sisteminin quruluşu, əsas funksiyaları və fizioloji xassələri haqqında tələbələrə ətraflı məlumat verildi. Dərs zamanı sinir sisteminin orqanizmin fəaliyyətinin tənzimlənməsində, xarici və daxili mühitdən daxil olan qıcıqların qəbulunda, informasiyanın ötürülməsi və emalında rolu izah edildi. Həmçinin sinir sisteminin əsas xassələri olan oyanıqlıq və keçiricilik, refleks fəaliyyəti və sinir impulslarının ötürülməsi məsələləri diqqətə çatdırıldı. Sonda açıq dərsin təşkili və keçirilməsinin tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyəti qeyd olundu.
