“Aromatik karbohidrogenlərdə nüvədə orientasiya qaydası. Alınması, kimyəvi xassələri” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının dosenti Samirə Tofiq qızı Mehdiyevanın Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Üzvi kimya-2 fənnindən “Aromatik karbohidrogenlərdə nüvədə orientasiya qaydası. Alınması, kimyəvi xassələri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Kimya və biologiya fakültəsinin tədris məsələləri üzrə dekan müavini, fəx.prof. Mirzə Həsənov, Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova, müəllim Aytac Bayramova iştirak etmişlər. Samirə Mehdiyeva dərsə dərsin məqsədi  və mövzunun təlim  nəticələrini elan etməklə başladı.  Açıq dərsdə  mövzunun  strukturu  və  məntiqi  ardıcıllığı gözlənilməklə, elmi-metodiki,  tədris  metodlarının uyğunluğu və müəllim–tələbə  ünsiyyəti  yüksək səviyyədə təşkil olunmuşdu.