
Botanika kafedrasının müəllimi Nərgiz Fətəliyevanın Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Mikrobiologiya və virusologiya” fənnindən “Sterilizasiya və saxlama üsulları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə kafedra müdiri prof. Vaqif Novruzov, fakültə dekanı prof. İsfəndiyar Alverdiyev iştirak etdilər. Laboratoriya dərsinin proqrama uyğun ardıcıllıqla və sistemli aparılmasının düzgünlüyü xüsusi qeyd edildi. Müəllimin dərsdə tələbələrlə bərabər işləməsi və həmçinin köhnə dərsi tələbələrin sərbəst işləməsi dərsin keyfiyyətli tədrisindən xəbər verirdi. Açıq dərs üçün lazım olan bütün sənədlər qaydasında idi.
