“0,1 N NaOH məhlulunun HCl turşusu vasitəsilə təyini” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Fəridə Oruc qızı Məmmədovanın Kimya və biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə Analitik kimya-2  fənnindən “0,1 N NaOH məhlulunun HCl turşusu vasitəsilə təyini” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Kimya və biologiya fakültəsinin tədris məsələləri üzrə dekan müavini, fəx.prof. Mirzə Həsənov, kafedra müdiri dos. Aynur Məmmədova, dos. Sahil İbrahimli, müəllim Aytac Bayramova və Keyfiyyətin təminatı mərkəzinin mütəxəssisi Leyla Şirinova iştirak etmişlər.   Fəridə müəllimə açıq dərsdə tələbələrdən laboratoriya işinin gedişini soruşduqdan sonra, onları qruplara bölərək nəzəri biliklərini əyani olaraq tətbiq etmələrini tapşırdı. Tələbələr təcrübələri apararaq alınmış nəticələri laboratoriya dəftərlərində qeyd etdilər. Dərsin sonunda  fənn müəllimi tələbələrə açıq dərsin mövzusuna aid yoxlama testlər verərək qiymətləndirmə apardı. Açıq dərs tələbələrin aktiv iştirakı ilə interaktiv metodla yüksək səviyyədə yerinə yetirildi.