

Kimya kafedrasının dosenti Mətanət Firuddin qızı Rzayevanın Kimya və biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə Qeyri-üzvi kimya-1 fənnindən “Brom yarımqrup elementlərinin ümumi xarakteristikası” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova, baş müəllim Ülviyyə Sadıqova, baş müəllim Leyli Namazova, müəllim Aytac Bayramova iştirak etmişlər. Dos. Mətanət Rzayeva açıq dərsə mövzunun təlim nəticələrini elan etməklə başladı. Fənn müəllimi açıq dərsdə tədris metodlarından düzgün istifadə edərək dərsin interaktiv keçməsinə və təlim nəticələrinin auditoriya tərəfindən mənimsənilməsinə nail oldu.
