elmi şura

23 oktyabr 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası oldu. İclasda aşağıdakı məsələlər müzakirə olundu. 1. Magistrantların dissertasiya və son kurs tələbələrinə buraxılış işi mövzusunun planlaşdırılması müzakirəsi. 2. Birinci kurs tələbələri ilə aparılan ideya, siyasi tərbiyə işləri, çoxballı qiymətləndirmə sistemi əsasnaməsi və tələbələrə təlimatı tələblərin çatdırılma vəziyyəti. 3. İxtisas kafedralarında 2026-cı ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti. 4.Fakültədə monitorinqin aparılması və nəticələri. 5. 2026-2027-ci tədris ili üçün verilmiş sifariş və qəbulun nəticələrinin müzakirəsi. 6. Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi dosent (attestatsız) Lalə Abdullayevanın “Heyvan genetikası və seleksiyası” adlı dərs vəsaitinin müzakirəsi. 7. Kimya və biologiya müəllimliyi ixtisası üzrə 2025/2026-cı tədris ilinin məzunu Hüseynova Nərmin Həmid qızına cari attestasiyaları müvəffəqiyyətlə verdiyinə və təhsil haqqı borcunu ödədiyindən ona diplom verilməsi məsələsinin müzakirəsi. 8. 2025/2026-cı tədris ilinin yay imtahan sessiyasının kurslar və fənlər üzrə nəticələrinin təhlili