8 Noyabr – Zəfər Gününə həsr olunmuş bilik yarışı uğurla başa çatdı!

8 Noyabr xalqımızın yaddaşına qürur, birlik və tarixi Qələbə günü kimi həkk olunmuş əlamətdar tarixdir. Bu Zəfər Azərbaycan xalqının sarsılmaz iradəsinin, şəhidlərimizin müqəddəs fədakarlığının və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igidlərimizin qəhrəmanlığının təcəssümüdür. Bu əlamətdar günə həsr olunmuş bilik yarışı Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində tələbələrin bilik və dünyagörüşünü inkişaf etdirmək, Zəfər tariximizə, milli dəyərlərimizə və Vətənimizin zəngin təbiətinə marağı artırmaq məqsədilə təşkil olunmuşdur. Yarışda 9 komanda iştirak edərək kimya, biologiya, ümumi dünyagörüşü və Zəfər tarixini əhatə edən suallar üzrə bilik və bacarıqlarını nümayiş etdirmişdir. Maraqlı və rəqabətli mübarizə şəraitində keçən yarış iştirakçılara həm biliklərini sınamaq, həm də komanda ruhunu nümayiş etdirmək imkanı yaratmışdır.

Yarışın münsiflər heyətində:

Vaqif Novruzov – Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi;
Yeganə Aslanova – biologiya üzrə fəlsəfə doktoru, dosent, fakültə dekanının Humanitar məsələlər üzrə müavini;
Vəfa Məmmədova – biologiya elmləri doktoru, professor, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri;
Aynur Məmmədova – kimya üzrə fəlsəfə doktoru, dosent, Kimya kafedrasının müdiri;
Günay İsgəndərova İxtiyar qızı – Ekologiya və təbiəti mühafizə kafedrasının laboratoriya müdiri yer almışlar.
Yarışın nəticələrinə əsasən I, II və III yerlərin qalibləri fərqlənmə sertifikatları ilə təltif edilmiş, I yerin qalibi olan komandaya kubok təqdim olunmuşdur. Bütün iştirakçılar isə iştirak sertifikatları ilə mükafatlandırılmışlar. Tədbirin təşkilində göstərdikləri dəstəyə görə fakültə rəhbərliyinə, dəyərli münsiflər heyətinə və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. Bu yarış GDU-KBF TEC sədri Lalə Məmmədzadənin rəhbərliyi və İdarə Heyətinin təşkilati dəstəyi əsasında həyata keçirilmişdir.
Zəfər tariximizi yaşatmaq, onu öyrənmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur..
Biliklə güclənən gənclik, Zəfərlə qurulan gələcək!