“Göl qurbağasının xarici və daxili quruluşu” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Aytac Məmmədovanın Biologiya ixtisasının II kurs tələbələrinə “Onurğalı heyvanlar” fənnindən “Göl qurbağasının xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Laboratoriya dərsi müasir interaktiv təlim metodlarının tətbiqi ilə keçirildi. Dərsdə kafedranın professor-müəllim heyətindən  kafedra müdiri prof. Vəfa Məmmədova və əməkdaşlar iştirak etmişlər. Dərs əyani vasitələrdən istifadə olunaraq tədris olundu. Canlı göl qurbağası, daxili quruluşu əks etdirən yaş preparatlar, mulyajlar, tablolar və s. slaydlarla zəngin idi. Tələbələr keçirilmiş mövzu sümüklü balıqların xarici quruluşu ilə göl qurbağasının xarici quruluşu haqqında müqayisəli izahat verdikdən sonra, canlı qurbağanı yararaq daxili quruluşu ilə tələbələri müəllimə yaxından tanış edib zəngin məlumat topladılar. Bioloji canlılar üzərində qurulan müzakirələr tələbələrin dərsə olan marağını və fəallığını yüksək nöqtəyə çatdırmışdır. Açıq dərs elmi materialın həcminə uyğun olaraq tam dəqiqliklə idarə olunmuşdur.