

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, b.ü.f.d. Tünzalə İsgəndərovanın Ekologiya ixtisasının IV kurs tələbələrinə “İqlim dəyişmələri və qlobal istiləşmə” fənnindən “Azərbaycanda iqlim dəyişmələrinə həssas sahələr və mümkün uyğunlaşma tədbirləri” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedranın müəllimləri iştirak etmişlər. Tünzalə müəllimə müasir təlim metodlarından istifadə etməklə tələbələrin fəallığını təmin etdi. Mövzu slayd əsasında sistemli və ardıcıl izah edildi.
