“Kənd təsərrüfatında sudan istifadə” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, b.ü.f.d. Nəsibə Nəsirovanın Ekologiya ixtisasının III kurs tələbələrinə “Kənd təsərrüfatında sudan istifadə” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə kafedra əməkdaşları iştirak etdilər. Tədris materialı elmi ardıcıllıqla və məntiqi əlaqə əsasında təqdim edilmişdir. Dərs metodiki baxımdan düzgün qurulmuş, mövzunun tədrisində nəzəri biliklərlə praktik yanaşma arasında əlaqə yaradılmışdır. Müəllimin auditoriya ilə ünsiyyət bacarığı yüksək səviyyədə idi.