açıq dərs

Kimya kafedrasının müəllimi Günel Zeynalovanın Kimya ixtisasının II kursunda “Kimyəvi materialşünaslıq” fənnindən “Birbaşa sintez metodu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev və Kimya kafedrasının əməkdaşları iştirak etdilər.

Davamı

elmi şura

29 mart 2022-ci il tarixdə fakültə Elmi şurası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1.Fakültənin “Biologiya”, “Biologiya müəllimliyi”, və “Ekologiya mühəndisliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisaslarına VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübələrin icrası üçün görülən tədbirlər. 2.Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin aparılması (Dövlət imtahanı qəbul ediləcək fənlərin müəyyənləşdirilməsi, “Buraxılış […]

Davamı

açıq dərs

28 mart 2022-ci il tarixdə Botanika kafedrasının baş müəllimi fəlsəfə doktoru Afaq Əliyevanın Pilot layihə üzrə Biologiya müəllimliyi ixtisasının II kursunda “Mikologiya” fənnindən “Göbələklərin təsnifatı. Selikli göbələklər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov və fakültə dekanı dos.İ.Alverdiyev iştirak etdilər.

Davamı

Tələbələrimizin Bayram hazırlığı!

Fakültəmizin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə  “Səməni” festivalı keçirilib.Festivalın şərtlərinə görə ayrı-ayrı ixtisas və kurslarda təhsil alan tələbələr Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları hazırlayaraq nümayiş etdiriblər. Səmənilər, Şuşanın simvolu və s. xonçalara xüsusi gözəllik verib.Rektor, professor Yusif Yusibov tədbir iştirakçılarını salamlayaraq onların bayramını təbrik edib. Rektor qeyd edib ki, […]

Davamı

təbrik edirik!

Kimya-biologiya fakültəsinin dekanlığı, professor-müəllim heyəti və tələbə kollektivi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlunu universitetimizə “Tədrisin təşkili və təlim texnologiyaları” üzrə prorektor təyin olunması münasibəti ilə Təbrik edir. Uğurlar arzulayır.

Davamı