Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Natiqə İsmayılzadənin müdafiəsi keçirilmişdir.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində fəlsəfə və doktorluq dissertasiyasının müdafiəsi üzrə D.01.041 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Universitetimizin Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Natiqə İsmayılzadə professor Sevda Əhmədovanın rəhbərliyi ilə «Gəncə-Qazax bölgəsinin torpaqlarında texnogen çirklənmə şəraitinə davamlı bitkilərin bioekoloji xüsusiyyətləri» mövzusunda təqdim etdiyi dissertasiya işini […]
EKOLOGİYA VƏ TƏBİƏTİ MÜHAFİZƏ KAFEDRASI EKSPEDİSİYADA.
07.07.2017-ci il tarixdə Ekologiya və Təbiəti Mühafizə kafedrasının əməkdaşları Tovuz rayonu ətrafı dağlıq ərazisində kafedranın tematik planı üzrə 3 mövzuda elmi-tədqiqat işini aparmaq məqsədilə ekspedisiyaya getmişlər. Ekspedisiyanın tematik planının mövzuları aşağıdakəlardan ibarətdir: 1.Gəncə və gəncə ətrafında texnogen çirklənmiş ərazilərinin flora tərkibinin bioekoloji təhlili. 2. Bəzi sənaye mərkəzləri ətrafının bitki örtüyünün müasir vəziyyəti. 3. Texnogen çirklənməyə […]
TƏBRİK EDİRİK!
Kimya kafedrasının dosent əvəzi Aynur Teyyub qızı Məmmədovaya AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASI 23 may 2017-ci il tarixli qərarı ilə kimya kafedrası üzrə dosent elmi adı verilmişdir. Bu münasibətlə Aynur müəlliməni təbrik edir,ona gələcək işlərində uğurlar arzulayırıx.
Botanika kafedrası əməkdaşlarının növbəti çöl tədqiqatları.
Universitetin tematik planına uyğun olaraq “Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genefondun mühafizəsi” problemi üzrə elmi tədqiqat işlərinin aparılması məqsədi ilə 25.05.2017-ci il tarixdə botanika kafedrasının professor – müəllim, doktorant, dissertant və tədris – köməkçi heyyətinin iştirakı ilə (26 nəfər) Gəncə-Şəmkir-Gədəbəy marşrutu üzrə marşrut və stasionar tədqiqatlar aparılmışdır. Gədəbəy rayonunun Çənlibel massivi bioloji […]
Professor Vaqif Novruzova təbriklər davam edir.
Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov fakültəmizin botanik kafedrasının müdiri, professor Vaqif Novruzova təbrik məktubu göndərmişdir. Məktubda aşağıdakı təbrik sözləri qeyd edilmişdir. Hörmətli Vaqif müəllim! Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilməyiniz münasibətilə Sizi Bakı Dövlət Universitetinin bütün kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Siz məhsuldar elmi fəaliyyətinizi uğurla davam etdirəcək, botanika […]
Magistrımızın uğuru.
11.05.2017-12.05.2017ci il tarixlərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olunmasına həsr olunmuş “Magistrantların XVII Respublika elmi konfransi” kecirilmişdir. Konfransda Universitetin Botanika kafedrasının magistrı Əliyeva Natella Məmməd qızı “Gəncə-Qazax bölgəsinin bəzi efir yağlı bitkilərinin biologiyası” mövzusunda çıxış edərək II yerə layiq görülmüşdür.
Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının laborator məşğələsi.
15.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Rüstəmova Tükəzban Vaqif qızının “Mərkəzi sinir sistemi” fənnindən biologiya müəllimliyi ixtisasının V kurs (qiyabi) tələbələri ilə “Onurğa beyni reflekslərinin müşahidəsi” mövzusunda laborator məşğələsi keçirildi. Məşğələdə spinal qurbağa üzərində durulaşdırılmış sulfat turşusu məhlulundan istifadə edərək bükmə və silmə reflekslərini müşahidəsi aparıldı. Məşğələdə kafedranın əməkdaşlarından baş müəllim Kifayət […]
TƏBRİK EDİRİK!
Botanika kafedrasının müəllimi Abbasova Tamara Yuriy qızına Azərbaycan Respublikası Yanında Ali Atestasiya Komissiyasının 16 mart 2017-ci il tarixli (protokol №6-k) qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Bu münasibətlə Gəncə Dövlət Universitetinin Elmi şurasında Tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov onu təbrik etmiş, nailiyyətlərinin daimi olmasını arzu etmişdir.
TƏBRİK EDİRİK!
Botanika kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Novruzov Vaqif Seyfəddin oğlu AMEA-nın müxbir üzvü seçilmişdir. Bu münasibətlə Vaqif müəllimi Şəhərimizin İcra başcısı Elmar Vəliyev universitetimiz tərəfindən təşkil olunmuş Beynəlxalq konfransda təbrik etmiş və ona iş həyatında uğurlar arzulamışdır. Bununla yanaşı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru İ.M.Hüseynova və kollektivi Vaqif müəllimə təbrik məktubu göndərmişdir. […]