anatomiya, fiziologiya və zoologiya kafedrasında müəllim l.abdullayevanın canlı quş üzərində dərsi

Biologiya-kimya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda mühazirə müəllimi Dos.V.F.Məmmədovanın iştirakı ilə müəllim L.Abdullayevanın 17.11.2017-ci il tarixində “Onurğalılar zoologiyası” fənnindən “Quşların xarici və daxili quruluşu” mövzusunda laboratoriya məşğələsi keçirilmişdir. Dərsdə kafedranın baş müəllimləri Ş.Hacıyeva, G.Hümbətova və digər əməkdaşlar da iştirak etmişlər.  

Davamı

39 saylı tam orta məktəbin şagirdlərinin universitetin “Biologiya-kimya” fakültəsinin kimya laboratoriyaları ilə tanışlığı

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun Gəncə şəhər Təhsil İdarəsi,  4, 39 və 2 saylı bağçanın rəhbərləri ilə  bağladığı müqavilələrə əsasən həmin təşkilatlarda ardıcıl olaraq elmi, metodiki və ictimai xarakterli geniş miqyaslı tədbirlər həyata keçirilir. 14 noyabr 2017- ci il tarixdə baza təhsil ocağımız olan Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin […]

Davamı

botanika kafedrasının müəllimi elnarə hüseynovanın “bitki fiziologiyası” fənnindən açıq dərsi

14.11.2017-ci il tarixdə Botanika kafedrasının müəllimi Elnarə Hüseynovanın Biologiya müəllimliyi III kurs tələbələrinə Bitki fiziologiyası fənnindən “Yarpağın alt və üst hissəsində transpirasiyanın xlor-kobalt (CoCl2) metodu ilə müqayisəli tədqiqi”  mövzusunda apardığı laboratoriya üzrə açıq dərsi keçirildi. Aşıq dərs müasir tələblər əsasında keçirilmişdir. Tələbələrin və müəllimin yüksək hazırlığı qeyd edilmişdir.  Dərs əla qiymətləndirilmişdir. Açıq dərsdə Botanika kafedrasının […]

Davamı

kimya və biologiya müəllimliyi ixtisasının ıv kursunda “İnsan və heyvan fiziologiyası” fənnindən b/m.A.Bağırovanın açıq dərsi

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri qaydasında idi. Açıq dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos.V.Məmmədova da iştirak etdilər. İnsan və heyvan fiziologiyası fənindən “Görmə itiliyinin təyini” mövzusunda olan dərs çox maraqlı keçdi. Dərsdə əyani vəsait kimi Sifsef cədvəlindən və slaydlardan istifadə olundu. Sonda tələbələrin görmə itiliyi təyin olundu.

Davamı

babanlı məhəmməd baba oğlunun “kimya” kafedrasının əməkdaşları ilə görüşü oldu.

AMEA-nın müxbir üzvü, AMEA-nın akademik Murtuza Nağıyev adına “Kataliz və Qeyri-üzvi kimya” institutunun direktor müavini, kimya elmləri doktoru professor Babanlı Məhəmməd Baba oğlunun Kimya kafedrasının əməkdaşları ilə görüşü oldu. O, əməkdaşlara kimya sahəsində planlaşdırılan problemlər və əldə edilən nəticələr haqqında maraqlı məruzə etdi. Sualları cavablandırdı.

Davamı

03 noyabr 2017

PROTOKOL  № 2  B İ L D İ R İ Ş          3 noyabr 2017-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası olmuşdur.               Gündəlik məsələlər 1.İxtisas kafedralarında 2017-ci ildə aparılan elmi-tədqiqat işlərinin icra vəziyyəti 2.Kredit borcu olan tələbələrlə aparılan işlər 3.Buraxılış işi və magistr dissertasiya  […]

Davamı

Kimya ixtisasının I kursunda “Azərbaycan tarixi” fənnindən t.ü.f.d. Hüseynova Ruminə Zakir qızının açıq dərsi

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri var idi. Mühazirə xəritədən istifadə edilməklə səlist izahlı şəkildə xronoloji ardıcıllıq pozulmadan keçildi. Tələbələrə yeri gəldikcə suallarla müraciət edildi. Tələbələr qoyulan problemə fəal münasibət göstərdilər.

Davamı

BOTANİKA KAFEDRASININ DİSSERTANTI FİDAN İSAYEVA RESPUBLİKA ELMİ KONFRANSINDA

Botanika  kafedrasının dissertantı  Fidan İsayeva  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetində 24 oktyabr  tarixində keçirdiyi “ Doktorantlar və Gənc tədqiqatçıların” XXI  elmi konfransında iştirak edərək “ Şibyələrdən indikator kimi istifadə olunmasının əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış etmişdir.Məruzə iştirakçılar tərəfindən rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilmişdir.   Təşkilat komitəsi tərəfindən məruzənin mətninin çap olunması qərara alınmışdır.

Davamı