MİLLİ DIRÇƏLİŞ GÜNÜ QEYD OLUNDU
Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun Respublikamıza, xalqımıza biganə münasibətindən bəhrələnən ermənilər planlı şəkildə, Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Faşizmə xas olan əməllərə əl atıb günahsız insanları nəinki cismən öldürdülər, hətta onları diri-diri yandırdılar, hər cür işgəncəyə əl atdılar. Bununla bərabər 1988-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Dağlıq […]