gəncə dövlət universitetinin 30.11.2017-ci il tarixli 1/511 saylı əmri ilə dos. məmmədova Aynur teyyub qızının kimya kafedrasının müdiri vəzifəsinə təyin olunması
1 dekabr 2017-ci il tarixdə Kimya kafedrasında rektorun müşaviri dos.Asif Cavadovun iştirakı ilə yeni kafedra müdiri Aynur Teyyub qızı Məmmədovanın təqdimatı oldu. A.Cavadov öz çıxışında qeyd etdi ki, hörmətli rektorumuz prof.Y.Yusibov cənab prezidentimiz İlham Əliyevin kadrların gəncləşmə siyasətini və Kimya kafedrasının əməkdaşlarının rəyini əsas tutaraq Kimya kafedrasına gənc alim dos.A.T.Məmmədovanı yeni kafedra müdiri təyin etmişdir. […]
29 noyabr 2017
29 noyabr 2017-ci il tarixdə saat 1230-da Biologiya-kimya fakültəsi Elmi şurasının iclası olmuşdur. Gündəlik məsələlər 1.İxtisas kafedralarında 2017-ci ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi 2.Mühazirə və laborator məşğələlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər. (Açıq dərslərin təşkili və nəticələri) 3.Tələbə elmi-tədqiqat işlərinin icra vəziyyəti (I kurs tələbələrinin tədqiqata cəlb edilməsi 4.İxtisaslar üzrə 2017-2018-ci […]
Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi b.ü.f.d. İsgəndərova Tünzalə Həsən qızının açıq dərsi
Ekologiya və təbiəti mühafizə kafedrasının dosent əvəzi b.ü.f.d. İsgəndərova Tünzalə Həsən qızının Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Azərbaycanda radiasiya çirklənməsi ilə bağlı ekoloji gərginlik ” mövzusunda açıq dərsi keçirildi. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs müasir təlim metodlarından istifadə olunmaqla tədris olundu. Dərsdə prof. S.Əhmədova və b/m.G.Qasımova iştirak etmişdilər. Sonda müəllimlər T.İsgəndərovanın keçdiyi […]
Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Qasımova Gültəkin Qasım qızının açıq dərsi
Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Qasımova Gültəkin Qasım qızının 27.11.2017-ci il tarixdə Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Faydalı qazıntı yataqlarının yeraltı işlənməsində ekoloji təhlükəsizlik ” mövzusunda açıq dərsi keçirilmişdir. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs müasir təlim metodlarından istifadə olunmaqla (slayddan, lövhədən, cədvəllərdən və tablolardan istifadə olunmaqla) çox maraqlı tədris olundu. […]
anatomiya, fiziologiya və zoologiya kafedrasının b.ü.f.d. baş müəllimi E.Hüseynovanın açıq dərsi
Biologiya ixtisasının IV kursunda b.ü.f.d. b/m. Hüseynova Elnarə Cəbrayıl qızının “Çoxalma və inkişafın müqayisəli fiziologiyası” mövzusunda açıq dərsi keçirildi. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs slayddan istifadə olunmaqla maraqlı tədris olundu. Dərsdə dosentlərdən M.Vəliyev, N.Ələkbərov, V.Məmmədova, T.Rüstəmova və b.ü.f.d.E.Ağayeva, a.e.f.d. G.Hümbətova, b/m.H.Nəsirova, b/m. Ş.Hacıyeva, b/m.K.Bayramova iştirak etdilər. Açıq dərsdə iştirak edən müəllimlər E.Hüseynovanın keçdiyi […]
22.11.2017-ci il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasında tədbir keçirildi.
Kafedranın əməkdaşları universitetin qarşısında olan yeraltı keçidin açılışı münasibətilə tədbir keçirdilər.
17.11.2017-ci il tarixində anatomiya, fiziologiya və zoologiya kafedrasında elmi-nəzəri seminar keçirildi.
Seminarda kafedranın dosenti Ağayeva Elfira Zaur qızının rəhbərliyi ilə Genetika ixtisasının II kurs tələbəsi Salmanzadə Lalə Bahadur qızı “İrsiyyət və dəyişkənliyin qanunauyğunluqlarının öyrənilməsi” mövzusunda çıxış etdi.