Biologiya müəllimliyi ixtisasının IV kursunda b.ü.f.d. Quliyeva Rəmidə Zahid qızının “Mikologiya” fənnindən “Göbələklərin həyat tərzi, morfologiyası və çoxalması” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri – təsdiq edilmiş sillabusu, qrifli fənn proqramı, mühazirə mətninin kağız və elektron variantları, kompyuter, slayd, herbari nüsxələri var idi. Mühazirə kompyuterin elektron lövhəsinin köməyi ilə əyani vəsaitdən istifadə edilməklə (göbələklərin herbariləri ilə) aparıldığı üçün tələbələrin marağını cəlb elədi. Müəllimə aydın, səlist, fikir ardıcıllığını gözləməklə mühazirəni dedi. Yeri […]

Davamı

Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisasının III kursunda “Qeyri üzvi birləşmələrin əsas sinifləri mövzusunun tədrisi metodikası” mövzusunda açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəsi tələbələr tərəfindən maraqla dinlənildi. Yeri gəldikcə tələbələr suallar verirdi müəllim isə onları cavbalandırırdı. Sözün əslində tələbələr mühazirədə müəllimlik peşəsinin sirrlərinə sahib olurdular. Bu da tədrisin müsbət keyfiyyətindən xəbər verirdi.

Davamı

Botanika kafedrasının gənc alimlərindən Dos.A.Bayramova və b.ü.f.d. b/m.R.Quliyeva Tacikistanın Düşənbə şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişlər.

Bu günlərdə Biologiya-kimya fakültəsinin seminar məşğələsi keçirilmişdir. Məşğələdə Düşənbə şəhərində keçirilmiş Beynəlxalq seminar iştirakçıları dos.A.Bayramova və b.ü.f.d.R.Quliyeva “Bioloji müxtəlifliyin qorunmasında Beynəlxalq təcrübənin rolu” mövzusunda məruzələri dinlənilmişdir. Seminar məşğələsində  fakültə əməkdaşları və tələbələr iştirak etmişdir. Məruzə ətrafinda maraqlı müzakirə keçirilmişdir.

Davamı

Ekologiya mühəndisliyinin I kursunda baş müəllim Xəlil Seyfəddin oğlu Musayevin Fizika fənnindən “Müxtəlif mühitlərdə elektrik cərəyanı” adlı açıq dərsi keçirilmişdir.

Müəllimin mühazirəyə aid bütün sənədləri var idi: qrifli proqramı, mühazirə mətni, kafedra müdiri tərəfindən təsdiq olunmuş sillabusu, mətnə aid slaydı və s. Əvvəlcə mühazirənin planını, istifadə olunmuş ədəbiyyatların siyahısı tələbələrə çatdırdı. Plan və slayddan istifadə etməklə mühazirəni dedi. Mühazirənin gedişində tələbələri düşündürən sualları cavablandırdı. Mövzu vaxtında yekunlaşdırıldı. Əlavə ədəbiyyatlardan istifadə üçün müəllim tapşırıq verdi.  

Davamı

Ümumdünya müəllimlər günü!

Ümumdünya müəllimlər günü Universitetimizdə təntənəli (5 oktyabr 2017-ci il tarixdə) şəkildə qeyd olundu. Rektor professor Y.Ə.Yusibov bütün müəllimləri təbrik etdi, işlərində uğurlar arzuladı. Fakültəmizin bir qrup müəllimləri mükafatlandırıldı. O cümlədən təqaüdə gedənlərdən dosent Muradova Nabat Cəfər qızı, baş müəllim Seyidova Solmaz Seyidqasım qızı, baş müəllim Əhmədova Svetlana Əliağa qızı və kimya elmləri üzrə fəlsəfə doktoru […]

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Abdullayeva Lalə Rəşid qızının açıq dərsi

Laborator məşğələsinə müəllim əvvəlcədən yaxşı hazırlıq işi görmüşdü. Məşğələni “İnteraktiv” üsulla keçdi. Tələbələr mövcud əyani vəsaitlər, mühazirədə əldə etdikləri biliklər əsasında xüsusi fəallıq göstərdi. Mövzuda qarşıya qoyulan problemləri öyrəndi. Bu cür qazanılan biliklər uzun müddət yadda qalır. Açıq dərsdə iştirak edənlərin iştirakı ilə işgüzar müzakirə aparıldı. Metodiki məsləhətləşmələr müzakirənin dəyərini daha da yaxşılaşdırdı.

Davamı

Botanika kafedrasının əməkdaşları Beynəlxalq seminarda

Gəncə Şəhəri İcra Hakimiyyətinin tapşırığı ilə Botanika kafedrasının dosenti Aynur Bayramova və kafedranın müəllimi b.ü.f.d. Rəmidə Quliyeva 01.10.2017-ci il tarixdə MDB ölkələrinin gənc alimlərinin Beynəlxalq seminarında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Düşənbə şəhərinə getmişlər. 1-7 oktyabr 2017-ci il tarixlərdə Varzob dağ-botanika stansiyası bazasında (Kondara) keçirilən Beynəlxalq seminar Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuşdur. Beynəlxalq seminarda […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Natiqə İsmayılzadənin müdafiəsi keçirilmişdir.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində fəlsəfə və doktorluq dissertasiyasının müdafiəsi üzrə D.01.041 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Universitetimizin Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Natiqə İsmayılzadə professor Sevda Əhmədovanın rəhbərliyi ilə «Gəncə-Qazax bölgəsinin torpaqlarında texnogen çirklənmə şəraitinə davamlı bitkilərin bioekoloji xüsusiyyətləri» mövzusunda təqdim etdiyi dissertasiya işini […]

Davamı