fakültənin professor-müəllim heyəti və tələbə kollektivinə ağır itki üz vermişdir!

14.03.2023-cü il tarixdə fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi “Gələcəyin müəllimi” təqaüdçüsü, təşəbbüskarlığı, ictimai işlərdə, fakültənin və universitetin tədbirlərində fəallığı ilə seçilən, tələbə yoldaşları və professor-müəllim heyətinin dərin hörmətini qazanmış Məhərrəmli Ləman Məhi qızı həyatının uğurlu bir dövründə vəfat etmişdir. Onun əziz xatirəsi daima yaddaşlarda qalacaqdır. Mərhumu dərin məhəbbətlə sevən valideynlərinə, yaxın qohumlarına Universitetin rektorluğu, ictimai təşkilatları, fakültənin professor-müəllim heyəti və tələbə kollektivi adından baş sağlığı veririk. Yeri cənnət məkan olsun!

Allah rəhmət eləsin!