ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102 -Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANSIN İKİNCİ GÜNÜNDƏ BİOLOQLARIN  EKSPEDİSİYASI

Beynəlxalq Konfransın ikinci günündə bioloqlar qrupu Tovuz rayonunun Əsrikçay sahili boyu meşə massivlərinə elmi ekspedisiya təşkil olunmuşdur. Ekspedisiyada Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, ARETN Botanika, Radiobiologiya İnstitutlarının,həmçinin MİE Azerbaijan MMC direktoru və s. 35  əməkdaşı iştirak etmişlər. Professorlardan Novruzov V.S., Cəfərov E., Qənbərov D.Ş., Alverdiyeva S.M., Güləhmədov S.Q., Bayramova A.A., Məlikova M. və dosentlər iştirak etmişlər. Konfransın açıılışı, plenar və bölmə iclasların təşkilini və s. təşkil etdiyinə görə Universitetin rektoru başda olmaqla təşkilat komitəsi üzvlərinə təşəkkürümüzü bildiririk.