
2023/2024-cü tədris ilindən etibarən Gəncə Dövlət Universiteti ilə İzmir Dokuz Eylül Universiteti arasında icrasına başlanılan proqram uğurla davam edir. Universitetlər arasında imzalanmış müqaviləyə görə Biologiya ixtisasının tələbələri Türkiyədə təhsillərini uğurla başa vurublar. 2025/2026-cı tədris ilindən isə GDU-da təhsil alacaqlar. Tələbələrin dekan və kafedra müdirləri ilə görüşləri oldu və onlara gələcək təhsillərində uğurlar arzu edildi.
