XX ƏSRİN FACİƏSİ-XOCALI SOYQIRIMI

1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş amansız qətliam Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. Bu soyqırım nəticəsində yüzlərlə günahsız insan-qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xalqımızın ağrı dolu yaddaşını yaşatmaq, tarixi həqiqətləri bir daha xatırlatmaq və gələcək nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, Xocalı faciəsi isə heç vaxt unudulmayacaq.