

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi, b.ü.f.d. Mahmudova Sevinc İlqar qızının İnsan ekologiyası və dayanıqlı inkişaf fənnindən Ekologiya ixtisasının III kurs tələbələrinə “Qidalanma insan sağlamlığı amili kimi, onun sanitariya, gigiyenik və ekoloji aspektləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etdilər. Müəllim dərsi elektron təqdimatlardan istifadə etməklə əhatəli izah etdi. Keçmiş dərslə yeni dərs arasında düzgün əlaqə qurdu. Mühazirə elmi yeniliklərlə zəngin, müasir ədəbiyyat mənbələrindən istifadə olunmaqla tərtib edilmişdi.
