

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Zabitə Ələkbərovanın Ekologiya ixtisasının II kurs tələbələrinə Ətraf mühitə təsirin qiymətləndirilməsi fənnindən “Hidrosferin çirklənməsi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etdilər. Müəllimə dərsi interaktiv üsulla tədris etdi. Bu üsul tələbələrin fəallığına xidmət edir. Slaydlar mövzuya tam uyğun idi. O, elmi yenilikləri də mövzuya əlavə edərək dərsi daha da maraqlı etdi.
