“Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu fakültədə yoxlamada olmuşlar

07.05.2026-cı il tarixdə Monitorinq qrupu fakültədə oldular. Cədvəl əsasında qrupun üzvləri dərslərə getdilər. Müvafiq müşahidə apardılar, qeydlərini götürdülər. Müşahidələrin sonunda üzvlər dekanın iştirakı ilə əldə etdikləri nəticələri müzakirə etdilər. Bütün dərslərdən razı qaldıqlarını bildirdilər. Tədris ingilis dilində olan ixtisasda-ayrı-ayrı kurslarında dinlənilmiş dərslər haqqında müzakirələrdə yüksək fikir söylənildi. Müəllimin sənədlərindən, tələbələrin cavablarından, interaktiv metoddan istifadə edilməsindən dönə-dönə danışıldı. Hesab edirik ki, bu qiymət tələbələrin fəallığını daha da artıracaq.