






Ekologiya və Ekologiya mühəndisliyi ixtisası IV kurs tələbələri ARTN Bitkiləri Mühafizə və Texniki Bitkilər İnstitutu, Gəncə Şəhər Yaşıllaşdırma İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometreorologiya Xidməti Qərb Regional Hidrometreorologiya Mərkəzinin Gəncə Filialında istehsalat təcrübəsi keçirlər. Sözügedən müəssisələrdə mütəxəssislər təcrübəçilərə görülən işlər barədə ətraflı məlumat verirlər.Beləliklə tələbələr müəssisələrdə gedən işlərə cəlb olunaraq əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etməklə biliklərini möhkəmləndirir.
