təbrik edirik!

30.06.2026-cı il tarixində Bakıda Beynəkxalq Ekoenergetika Akademiyası tərəfindən konfrans keçirildi. Burada Azərbaycanda fəaliyyət göstərən elmi- tədqiqat və innovasiya yönümlü qurum olmaqla əsasən alternativ enerji, ekologiya və dayanıqlı inkişaf sahələrində fəaliyyət haqda geniş məlumat verildi. Yaşıl enerjilər üzrə çıxışlar oldu, müzakirələr keçdi və yaxın gələcəkdə Gəncədə yaranan bölmənin proqramı müzakirə olundu. Gəncə bölməsinə sədr GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, prof. Sevda Əhmədova, üzvləri isə ADAU- nun Ekologiya kafedrasının müdiri prof. Nizami Seyidaliyev, GDU-nun Botanika kafedrasının professoru Aynur Bayramova təyin olundular.