


Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Şəlalə Hacıyevanın Biologiya ixtisasının II kurs tələbələrinə “Xanı balığının xarici və daxili quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə kafedranın professor-müəllim heyətindən kafedra müdiri prof. Vəfa Məmmədova və digər müəllimlər iştirak etmişlər. Dərs laboratoriya məşğələsi olduğundan əyani vasitələrlə canlı xanı balığı, müxtəlif sümüklü balıqları əks etdirən yaş preparatlar, mulyajlar, tablolar və s. slaydlarla zəngin idi. Tələbələr qığırdaqlı və sümüklü balıqların xarici quruluşu haqqında müqayisəli izahat verdikdən sonra, canlı balığı yararaq daxili quruluşu ilə də yaxından tanış olub zəngin məlumat topladılar.
