açıq dərs
Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin magistr pilləsinin “Biokimya” ixtisasının II kursunda “Fermentlərin kimyəvi təbiəti və quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir.

28 fevral 2023-cü il tarixdə Kimya-biologiya fakültəsi Elmi şurasının iclası oldu. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1. 2022-2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2. 2022-2023-cü tədris ilinin ikinci yarım il üçün elmi şuranın iş planının müzakirə və təsdiqi. 3. Müxtəlif fənlərdən kredit borcu […]
“8 mart Beynəlxalq Qadınlar günü” münasibətilə rektor prof. Y.Yusibov fakültə əməkdaşlarımızı “Fəxri fərman” və “Təşəkkür”lə mükafatlandırmışdır. Fəxri fərman 1. Axundova Səbinə Telman qızı-biologiya üzrə fəlsəfə doktoru, Botanika kafedrası 2. Qurbanova Şəfayət Cəlal qızı-Kimya kafedrasının laborantı Təşəkkür 1. Bayramova Ülkər Vidadi qızı-Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi 2. Mahmudova Sevinc İlqar qızı-Ekologiya […]
Kimya kafedrasının baş müəllimi k.ü.f.d. Vüsalə Akif qızı Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kurs tələbələrinə Ümumi kimya-2 fənnindən “VI A Qrup elementləri. Oksigen, ozon və hidrogen peroksid” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dosent A.Məmmədova, b/m.A.Zeynalova, b/m.Y.Hacıyev, müəl.İ.Tağızadə iştirak etdilər. Vüsalə müəllimə mövzuya aid son illərin elmi yeniliklərinin daxil edildiyi çoxsaylı […]
Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova Ulu Öndər H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəliflik və bioresurslar” mövzusunda keçirilən elmi seminarda maraqlı məruzə ilə çıxış etmiş və sertifikatla geri qayıtmışdır.
Fakültəmizin Kimya və biologiya müəllimliyi ixtisasının 5-ci kurs tələbələri M.Hadi adina 10 sayli tam orta məktəbdə pedaqoji təcrubə kecirlər. Təcrübə zamanı 27.02.23 tarixdə məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini Dəmirova Ülviyyə Faiq qizi tələbələrə fəal təlimin tədqiqi, icmalın, şagird gündəliyinin və illik perspektiv planlaşdırmanın yazılma qaydaları, KSQ-lərin tərtibi və tətbiqi haqqında geniş məlumat vermişdir.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki […]
Şəhər ictimaiyyəti ilə birgə GDU-nun rektoru Yusif Yusibov və universitet əməkdaşları Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər. Rektor Yusif Yusibov Baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verərək zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANİNDA ALİ ATTESTASİYA KOMİSSİYASI KOLLEGİYASININ QƏRARI İLƏ BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞI AXUNDOVA SƏBİNƏ TELMAN QIZINA FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR.
Qanlı Yanvar və ya 20 Yanvar faciəsi-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Çoxlu sayda insan qətlə yetirilmişdir. Bu təcavüzkarlıq siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımışdır. Lakin bu hadisə bizim müstəqillik yolunda gördüyümüz […]