TƏBRİK EDİRİK!

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASI 4 noyabr 2016-cı il tarixli (protokol № 24-k) qərarı ilə Elnarə Cəbrayıl qızı Hüseynovaya Anatomiya, fiziologiya və zoologiya kafedrası üzrə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Botanika kafedrasının baş müəllimi a.e.f.d. Zərifə İbrahim qızı Tağıyevanın açıq dərsi keçirildi.

Botanika kafedrasının baş müəllimi a.e.f.d. Zərifə İbrahim qızı Tağıyevanın Botanika (Ali bitkilərin sistematikası) fənnindən 20.12.2016 – cı il tarixdə Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə apardığı “Badımcançiçəkli fəsiləsi” mövzusunda laboratoriya məşğələsinin acıq dərsi olmuşdur. Açıq dərsdə iştirak etdilər: Botanika kafedrasının müdiri prof.V.S.Novruzov dos.Z.İ.İsmayılova, dos.A.A.Bayramova,b/l S.T.Axundova,b/l F.M.Məmmədova. Dərsdə müasir texnologiyalardan, əyani vəsitələrdən istifadə etdilmişdir.

Fizika kafedrasının baş müəllim Musayev Seyfəddin Xəlil oğlunun fakültəmizin tələbələri ilə açıq dərsi keçirildi.

14.12.2016-cı il tarixdə Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun Ekologiya mühəndisliyi I kurs tələbələri ilə Fizika fənnindən “Radiaktivlik. Radiaktiv şüalanmanın bioloji təsiri. Elementar zərrəciklərin təsnifatı” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Biologiya-kimya fakültəsinin dekanı İ.C.Alverdiyev, Fizika kafedrasının müdiri N.İ.Quliyev və tədris prosesinə nəzarət komisiyasının üzvü M.T.Vəliyev istirak etdilər.

BOTANİKA KAFEDRASININ MÜƏLLİMİ, BİOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU RAMİDƏ ZAHİD QIZI QULİYEVANIN AÇIQ DƏRSİ

06.12.2016-cı il tarixində Botanika kafedrasında Biologiya müəllimliyi ixtisası üzrə I kurs tələbələrinə “Bitkilərdə metamorfoz” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Biologiya-Kimya fakültəsinin dekanı dos. İ.Alverdiyev, Universitet monitorinq komissiyasının üzvü dos. M. Vəliyev, kafedra müdiri, prof. V.Novruzov, dos. Z.İsmayılova, lab: N.Qasımova, F.İsayeva iştirak etmişlər. Dərs elmi-metodik səviyyədə keçmiş, dərsdə texniki və əyani vasitələrdən istifadə olunmuşdur.

Kimya kafedrasının Baş müəllimi Kəsəmənli Xəyalə Hamlet qızının açıq dərsi keçirildi.

02.12.2016-cı il tarixdə baş müəllim Kəsəmənli Xəyalə Hamlet qızının kimya müəllimliyi II kurs tələbələri ilə “Keçid elementlər kimyası” fənnindən “Klaster birləşmələr” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri, prof. Q.B.Qurbanov, dos. M.T. Vəliyev, k.ü.f.d., b/m A.T.Məmmədova, k.ü.f.d. b/m M.Rzayeva, b/m Z.M.Əliyeva və b. iştirak etdilər.

Dosent əvəzi Aynur Teyyub qızı Məmmədovanın açıq dərsi keçirildi.

Kimya kafedrasının dosent əvəzi Məmmədova Aynur Teyyub qızının kimya müəllimliyi III kurs tələbələri ilə “Üzvi kimya-1” fənnindən “Aldehid və ketonlar” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Kimya kafedrasının müdiri prof. Qulu Qurbanov, kafedranın dosentləri Nazim Ələkbərov,Sahil İbrahimli, Murad Vəliyev və b. iştirak etdilər.

Təbrik edirik!

“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASI” 14 oktyabr 2016-cı il tarixli (protokol № 21-k) qərarı ilə Sahil İsa oğlu İbrahimliyə kimya kafedrası üzrə DOSENT elmi adı verilmişdir.

Müəllim Hüseynova Elnarə Əliş qızının açıq dərsi keçirildi.

25.11.2016-cı il tarixdə Botanika kafedrasının müəllimi Hüseynova Elnarə Əliş qızının kimya və biologiya müəllimliyi I kurs tələbələri ilə Birkilərin anatomiyası və morfologiyası fənnindən “Gövdənin morfoloji quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Tədris işləri üzrə dekan müavini, Botanika kafedrasının dosenti Mirzə Həsənov və dosent Aynur Bayramova iştirak etdilər.

BOTANİKA KAFEDRASININ DOKTORANTLARI YENIDƏN ELMİ EKSPEDİSİYADA

Bu günlərdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının doktorantları Fidan İsayeva, Gülnarə Quliyeva prof. Vaqif Novruzovun rəhbərliyi ilə Mingəçevir, Yevlax, Xaldan marşrutu üzrə elmi ekspedisiyada olmuşlar. Əlican çayı, Kür çayı, Kürəkçayının Mingəçevir su anbarına tökülən sahil ərazilərində, Bozdaq silsiləsində intrazonal, azonal, ekstrazonal bitkiliyinin flora biomüxtəlifliyi, həmçinin Mingəçevir, Yevlax şəhərləri şibyələrinin bioindikasiya xüsusiyyətləri tədqiq olunmudur. Ekspedisiyada həmçinin

Daha ətraflı

Dosent əvəzi İskəndərova Tünzalə Həsən qizinin Şəhər İctimaiyyəti üçün açıq dərsi keçirildi.

Ekologiya və təbiəti mühafizə kafedrasinin dosent əvəzi İskəndərova Tünzalə Həsən qizinin 14 noyabr 2016-ci il tarixdə Ekologiya ixtisasi tələbələrinə “Bitki aləminin ekoloji problemləri, səmərəli istifadəsi və mühafizəsi” mövzusunda şəhər ictimaiyyəti üçün açiq dərsi keçirildi. Açıq dərsdə Universitet üzrə baş müşavir Asif Cavadov, YAP-ın GDU ərazi ilk partiya təşkilatının sədri, dosent Cavid Bağırzadə, fakültə dekanı İsfəndiyar Alverdiyev,

Daha ətraflı