Şəhər və şəhər ətrafı rayonların sınaq imtahanlarında yüksək bal toplayan şagirdləri “biologiya və kimya” fakültəsində oldular.

Gəncə şəhərinin tam orta məktəbləri, Samux şəhər 1 saylı və Zazalı kənd tam orta məktəblərinin X və XI sinif şagirdləri aprel ayında (2018-ci il) sınaq imtahanı vermiş və yüksək bal toplayan abituriyentlər “Biologiya və kimya” fakültəsinin mühazirə və laboratoriyalarının maddi texniki bazası, dərslərin tədrisinə verilən tələblər və s.-yə dair bilgilər əldə etmək üçün 17.04.2018-ci il […]

Davamı

Istehsalat təcrübəsi

Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələri şəhərin 4 saylı tam orta məktəbində istehsalat təcrübəsi keçir. Tələbələr məktəbşünaslığa aid bütün məsələləri mövcud təlimatı sənədlər əsasında öyrənir. Uyğun siniflərdə sınaq dərsi keçir. Dinlənilən dərslərin işgüzar müzakirələri aparılır. (Rəhbər müəllimlər. b/m. İsmayılova Kifayət Tapdıq qızı və İsayeva Fidan Mehir qızı)

Davamı

kimya kafedrasının dosenti Vəliyev Murad Turab oğlunun açıq dərsi keçirildi.

Kimya kafedrasının dosenti Vəliyev Murad Turab oğlunun Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Qeyri üzvi kimya-1” fənnindən “Kimyanın stexiometrik qanunları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dos.S.İbrahimli, b/m.X.Kəsəmənli iştirak etdilər. Tələbələri maraqlandıran suallara müəllim ətraflı cavab verdi. Dərs sonda əla qiymətləndirildi.

Davamı

novruz şənliyi

Gəncə Dövlət Universitetinin “Biologiya-kimya” fakültəsinin dekanlığı tərəfindən 2018-ci il mart ayının 16-də baş binada  “Səməni bayramı” keçirildi. Səməni “Novruz” bayramının milli atributlarından biridir. Suyun, torpağın, havanın, insan qəlbinin təzələnməsi, yeni gün kimi xalqımızın yaddaşında daimi saxlanılır, bu bayram xalqımıza sevinc və fərəh, ruzi bolluğu yaratmaq həvəsi verir. Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru professor Y.Ə.Yusibov, rektorun […]

Davamı

BDU-nun doktorantı Dilruba Burxan qızı Məmmədovanın “Sumqayıtçay hövzəsinin florasın, bitkiliyi (müasir vəziyyəti, antropogen təsirlər) və qorunma yolları” mövzusunda dissertasiya işinin müzakirəsi keçirildi.

      Botanika kafedrasında AMEA-nın Botanika İnstitutunun nəznində fəaliyyət göstərən dissertasiya şurasının qərarına əsasən BDU-nun doktorantı Dilruba Burxan qızı Məmmədovanın “Sumqayıtçay hövzəsinin florasın, bitkiliyi (müasir vəziyyəti, antropogen təsirlər) və qorunma yolları” mövzusunda dissertasiya işinin aparıcı təşkilat kimi müzakirəsi keçirilmişdir. Müzakirədə Botanika Kafedrasının əməkdaşları, həmçinin  GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru dos. P.O.Kərimzadə, GDU-nun AHİK-nin sədri A.Q.Qasımiva, […]

Davamı

kimya kafedrasının baş müəllimi Xəyalə Kəsəmənlinin açıq dərsi keçirildi

Kimya kafedrasının kimya üzrə fəlsəfə doktoru, baş müəllimi Kəsəmənli Xəyalə Hamlet qızının Kimya ixtisası I kursda “VI A qrup elementlərinin ümumi xarakteristikası. Oksigen və ozon” mövzusunda açıq dərsi keçirildi. Dərsdə prof.V.Novruzov, dos.İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dos.M.Vəliyev, dos.N.Ələkbərov, prof.T.Tağıyev, dos.S.İbrahimli, dos.əv.M.Rzayeva, b/m.S.Mehdiyeva, b/m.F.Alverdiyeva iştirak etdilər. Dərs müasir təlim-texnologiya vasitələrindən istifadə edilməklə yüksək səviyyədə keçdi və […]

Davamı

anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi lalə heydərlinin açıq dərsi keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Lalə Heydərlinin  Biologiya ixtisasının II kursunda “İnsan anatomiyası” fənnindən “Dayaq hərəkət sistemi” mövzusunda açıq dərsi keçirildi. Dərs slayd, tablolar və əyani təchizatlardan istifadə olunmaqla maraqlı tədris olundu. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, müəllimlərdən dos.əv.E.Ağayeva, b/m.K.Bayramova, b/m.E.Hüseynova, b/m.G.Hümbətova iştirak etdilər.

Davamı

Botanika kafedrasının müəllimi b.ü.f.d.R.Z.Quliyevanın Biologiya ixtisası II kursunda “Bitkilərin senopopulyasiyası” fənnindən açıq dərsi keçirildi.

09.03.2018-ci il tarixində Botanika kafedrasının müəllimi b.ü.f.d.R.Z.Quliyevanın Biologiya ixtisası II kurs tələbələrinə “Bitkilərin senopopulyasiyası” fənnindən “Ontogenez haqqında anlayış. Ontogenezdə fərqlərin morfometrik göstəriciləri” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Botanika kafedrasının müdiri, prof .V.Novruzov,  b/m.A.Hüseynzadə müəl.F.İsayeva, dekanlığın nümayəndəsi dekan müavini  dos.M.Həsənov iştirak etmişlər. Açıq dərs müasir təlim texnologiyaları əsasında tədris olunmuşdur.

Davamı