Biologiya müəllimliyi ixtisasının IV kursunda b.ü.f.d. Quliyeva Rəmidə Zahid qızının “Mikologiya” fənnindən “Göbələklərin həyat tərzi, morfologiyası və çoxalması” mövzusunda açıq dərsi keçirilmişdir.
Müəllimin açıq dərs üçün lazım olan bütün sənədləri – təsdiq edilmiş sillabusu, qrifli fənn proqramı, mühazirə mətninin kağız və elektron variantları, kompyuter, slayd, herbari nüsxələri var idi. Mühazirə kompyuterin elektron lövhəsinin köməyi ilə əyani vəsaitdən istifadə edilməklə (göbələklərin herbariləri ilə) aparıldığı üçün tələbələrin marağını cəlb elədi. Müəllimə aydın, səlist, fikir ardıcıllığını gözləməklə mühazirəni dedi. Yeri […]